Sorgu: Emmanuel Makronun reytinqi 36%-dək enib

Sorgu: Emmanuel Makronun reytinqi 36%-dək enib
# 11 avqust 2017 21:39 (UTC +04:00)

Prezident Emmanuel Makronun postunda ilk 100 günlük fəaliyyətini fransızların 36%-i dəstəkləyib.

APA-nın xəbərinə görə, bu barədə “Ifop” xidmətinin “Le Figaro” qəzetinin sifarişi ilə apardığı sorğunun nəticəsində qeyd olunur.

Sorğunun nəticələrinə əsasən, respondentlərin 36%-i Fransa prezidentinin fəaliyyətini müsbət, 64%-i isə mənfi kimi qiymətləndirib. Avqustun 7-9-da keçirilən sorğuda 1 000 respondent iştirak edib.

Qeyd edək ki, mayda keçirilən ilk sorğuda E.Makron 62% müsbət rəy almışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR