Peruda zəlzələ baş verib, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Peruda zəlzələ baş verib, ölən və xəsarət alanlar var - <span style="color: red;">YENİLƏNİB
# 12 avqust 2017 03:33 (UTC +04:00)

Peruda baş verən 5,6 bal gücündə zəlzələdə bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Arekipa departamentinin qubernatoru Yamilu Osorio bəyan edib.

Onun sözünə əsasən, ölümə səbəb yeraltı təkanların əmələ gətirdiyi torpaq sürüşməsi olub.

Y.Osorio həmçinin qeyd edib ki, təbii fəlakətin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür. Yaralıların vəziyyəti barədə məlumat verilmir.

***

03:05

Peruda 5,6 bal gücündə zəlzələ baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Kamana şəhərindən 89 km şimal-qərbdə, ocağı isə 34 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR