Sorğu: Donald Trampın reytinqi yüksəlib

Sorğu: Donald Trampın reytinqi yüksəlib
# 12 avqust 2017 02:36 (UTC +04:00)

ABŞ prezidenti Donald Trampın reytinqi yüksəlməyə başlayıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu “Rasmussen reports” şirkətinin keçirdiyi rəy sorğusu göstərib.

Sorğunun nəticələrinə əsasən, respondentlərin 45%-i ABŞ prezidentinin fəaliyyətini müsbət, 53%-i isə mənfi kimi qiymətləndirib. Eyni zamanda respondentlərin 29%-ı Trampı tam dəstəklədiyini, 44%-i isə qəti etimad göstərmədiyini bildirib.

Sorğuda 1 500 respondent iştirak edib.

Qeyd edək ki, avqustun əvvəlində Donald Trampın ölkə əhalisi tərəfindən dəstəklənmə səviyyəsi ən aşağı həddə düşmüşdü. Respondentlərin 33%-i ABŞ prezidentinin fəaliyyətini müsbət, 61%-i isə mənfi qiymətləndirmişdi. Yanvarın 22-də keçirilən ilk sorğuda D.Tramp 45% müsbət və 45% mənfi rəy alıb. ABŞ prezidenti Donald Trampın inaqurasiya mərasimi yanvarın 20-də keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR