Bərdədə yük maşını traktorla toqquşub, ölən var

Bərdədə yük maşını traktorla toqquşub, ölən var
# 12 avqust 2017 10:31 (UTC +04:00)

Bərdədə yük maşını traktorla toqquşub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 11-də saat 13.00 radələrində Bərdə rayonu ərazisində Göygöl rayon sakini Elşad Əkbərov idarə etdiyi “Shacman” markalı avtomobillə qarşıda gedən Yevlax rayon sakini Arzuman Dadaşovun idarə etdiyi “MTZ-80” markalı traktoru vurub.

Nəticədə A.Dadaşovun sərnişini, həmyerlisi Elşad Kərimov hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR