Gürcüstanda Azərbaycandilli məktəblərdə tədrisin səviyyəsi aşağı qiymətləndirilib

Gürcüstanda Azərbaycandilli məktəblərdə tədrisin səviyyəsi aşağı qiymətləndirilib
# 12 avqust 2017 13:03 (UTC +04:00)

Gürcüstanın elm və təhsil naziri Aleksandr Cecelava ölkədə milli azlıq nümayəndələrinin ana dillərinə təhsil aldıqları məktəblərdə tədrisin səviyyəsini qiymətləndirib.

APA-nın yerli bürosunun məlumatına əsasən, nazir ölkədə şəhər və kənd məktəblərinin səviyyəsini müqayisə edib.

“Tbilisidə özəl və dövlət məktəblərində tədrisin Avropa təhsil sistemi səviyyəsində aparıldığını demək olar. Kənd məktəbləri isə şəhər məktəblərindən geridə qalır. Lakin milli azlıqların ana dilində təhsil aldıqları məktəblərin səviyyəsi kənd məktəblərinin səviyyəsindən daha aşağıdır”, - deyə nazir “Palitranews” kanalında yayımlanan “360 dərəcə” verilişində deyib.

A. Cecelava bunu ilk növbədə müəllimlərlə əlaqələndirib: “Son 25 ildə müəllim peşəsinin nüfuzu aşağı düşmüşdü”.

Qeyd edək ki, hazırda Gürcüstanda 124 Azərbaycandilli məktəb fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR