“Qarabağ”ın ÇL-dəki rəqibi “Kopenhagen” xal itirib

“Qarabağ”ın ÇL-dəki rəqibi “Kopenhagen” xal itirib
# 13 avqust 2017 01:48 (UTC +04:00)

Danimarka çempionatında V turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının pley-offunda “Qarabağ”ın rəqibi olan “Kopenhagen” növbəti matçını keçirib.

Paytaxt təmsilçisi öz meydanında “Horsens”lə görüşüb. 31-ci dəqiqədə məğlub duruma düşən “Kopenhagen” Federiko Santanderin 77-ci dəqiqədki qolu ilə məğlubiyyətdən qaçıb – 1:1.

Qeyd edək ki, 5 oyunda 6 xal toplayan “Kopenhagen” 14 komanda arasında 7-cidi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR