Hindistanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 46 nəfərə çatıb - YENİLƏNİB

Hindistanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 46 nəfərə çatıb - <span style="color: red;">YENİLƏNİB
# 13 avqust 2017 18:31 (UTC +04:00)

Hindistanın Ximaçal-Pradeş ştatında baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 46 nəfərə çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 7 nəfərin öldüyü bildirilirdiı.

Təbii fəlakət zonasında axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

***

11:14

Hindistanın Ximaçal-Pradeş ştatında torpaq sürüşməsi olub.

APA-nın İANS agentliyinə istinadən verdiyi məlumata görə, Mandi dairəsində ölkə əhəmiyyətli yolda baş verən sürüşmə zamanı iki şirkət avtobusu torpaq kütləsi altında qalıb.

Nəticədə ən azı 7 nəfər ölüb, 10 nəfər itkin düşüb. Ölənlərin sayının 50 nəfərə çatacağı proqnozlaşdırılır. Təbii fəlakət zonasında axtarış-xilasetmə əməliyyatı aparılır. İndiyə qədər 5 nəfər xilas edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR