Xudatda maşın divara çırpılıb, bir qardaş ölüb, digəri yaralanıb

Xudatda maşın divara çırpılıb, bir qardaş ölüb, digəri yaralanıb
# 13 avqust 2017 09:33 (UTC +04:00)

Bu gün şəhər saatlarında Xudatın Müqtədir qəsəbəsində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, "Vaz 2107" markalı avtomaşın yoldan çıxaraq ağaca çırpılıb.

Qəza nəticəsində maşında olan Xaçmaz rayon sakinləri 1992-ci il təvəllüdlü Elvin Yusifov, onun qardaşı 1987-ci il təvəllüdlü Elbrus Yusifov və 30 yaşlı İlqar İmaməliyev müxtəlif dərəcəli xəsarətlər alıb. Həkimlərin səyinə baxmayaraq Elvinin həyatını xilas etmək mümkün olmayıb. Digər iki şəxsin müalicəsi isə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasında davam etdirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR