Ağstafa sakinini ilan sancıb

Ağstafa sakinini ilan sancıb
# 13 avqust 2017 12:43 (UTC +04:00)

Ağstafa sakinini ilan sancıb.

APA-nın qərb bürosunun məlumatına görə, rayonun Muğanlı kənd sakini 1982-ci il təvəllüdlü Mehdiyev Şöhrət həyətyanı sahəsində işləyən zaman ilan onun ayağından sancıb.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Ona ilan zəhəri əleyhinə zərdab vurulub, vəziyyəti orta-ağırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR