Samuxda 19 yaşlı gənc Kürdə boğulub - YENİLƏNİB

Samuxda 19 yaşlı gənc Kürdə boğulub - <span style="color: red;">YENİLƏNİB
# 13 avqust 2017 18:10 (UTC +04:00)

Samux sakini Kürdə boğulub.

APA-nın Qərb bürosunun məlumatına görə, hadisə Kür çayının Samux rayonunun Qırmızı Samux kəndindən keçən hissəsində qeydə alınıb.

Rayon sakini, 1998-cü il təvəllüdlü Əsədov İsmayıl Yolçu oğlu Kür çayında çimən zaman boğulub.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti meyitin axtarışını aparır.

***

18:26

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Kür çayının Samux rayonu, Qırmızı Samux qəsəbə ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR