İspaniya Superkubokunun qalibi məlum olub

İspaniya Superkubokunun qalibi məlum olub
# 17 avqust 2017 00:53 (UTC +04:00)

İspaniya Superkubokunun cavab oyunu keçirilib.

APA-nın məlumatına görə, həlledici görüşdə Madridin “Santyaqo Bernabeu” stadionunda ötən mövsümün çempionu “Real” Kral Kubokunun qalibi “Barselona” ilə üz-üzə gəlib.

Əzəli rəqiblər arasında keçirilən ilk oyunda madridlilər üstün olmuşdu - 3:1.

İkinci qarşılaşma da “Real”ın qələbəsi ilə başa çatıb - 2:0

Beləliklə, “Real” tarixində 10-cu dəfə İspaniya superkubokunu qazanıb.

“Real” – “Barselona” 2:0

Qollar: Marko Asensio (4 dəq.), Kərim Benzema (39)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR