Barselonada terror aktı nəticəsində 13 nəfər ölüb - YENİLƏNİB

Barselonada terror aktı nəticəsində 13 nəfər ölüb - <span style="color: red;">YENİLƏNİB
# 17 avqust 2017 19:18 (UTC +04:00)

İspaniyanın Barselona şəhərində naməlum şəxsin idarə etdiyi yük maşınının kütləyə çırpılması nəticəsində 13 nəfər ölüb.

APA-nın xəbərinə görə, bu barədə İspaniyanın “Cadena SER” radiostansiyası polisə istinadən məlumat yayıb.

“El Pais” nəşri də Kataloniya polisinə istinadən məlumatı təsdiq edir.

Məlumata görə, sürücü insidentdən sonra restorana hücum edərək oradakı insanları girov götürüb. Hücumda iki silahlı şəxsin iştirak etdiyi bildirilir. Polis əməkdaşları hadisə yerini mühasirəyə alıblar.

***** 20.45

İspaniyanın Barselona şəhərində naməlum şəxsin idarə etdiyi furqon tipli yük avtomobili kütləyə çırpması nəticəsində 1 nəfər ölüb, azı 20 nəfər xəsarət alıb. APA-nın xəbərinə görə, sürücü insidentdən dərhal sonra hadisə yerindən qaçıb.

Polis hadisəni terror aktı adlandırıb.

Hadisə yerinə xeyli polis əməkdaşları və həkim briqadaları cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR