Neftçala sakinindən narkotik vasitələr götürülüb

Neftçala sakinindən narkotik vasitələr götürülüb
# 17 avqust 2017 23:46 (UTC +04:00)

Neftçala rayon sakininin həyətindən və evindən narkotik vasitələr aşkar edilərək götürülüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Xıllı qəsəbə sakini, əvvəllər məhkum olunmuş 1969-cu il təvəllüdlü Rövşən İbrahim oğlu Hacıyevin həyətinə baxış zamanı kultivasiya yolu ilə yetişdirilmiş 8 ədəd çətənə kolu, habelə evinə baxış zamanı 15 qram tiryək və 95 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Neftçala polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR