Gürcüstanda yerli seçkilərin tarixi gələn həftə məlum olacaq

Gürcüstanda yerli seçkilərin tarixi gələn həftə məlum olacaq
# 18 avqust 2017 18:07 (UTC +04:00)

Gürcüstanda yerli idarəetmə orqanlarına keçiriləcək seçkilərin dəqiq tarixi yaxın günlərdə məlum olacaq.

APA-nın yerli bürosunun məlumatına əsasən, prezident Giorgi Marqvelaşvili gələn həftə seçkilərin tarixi ilə bağlı bəyanatla çıxış edəcək.

Dövlət başçısı iyun ayında seçkilərin oktyabr ayının üçüncü həftəsinin sonunda keçiriləcəyini bildirmişdi.

Oktyabr ayında Gürcüstan vətəndaşları Tbilisi meri, 11 şəhər və rayonun başçılarını seçəcəklər. Paralel olaraq yerli idarəetmə orqanlarının məşvərətçi orqanları olan sakrebulolara da seçkilər keçiriləcək.

Gürcüstanda 3,4 milyon nəfərdən çox seçici var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR