Mərkəzi bankların 14 trln. dollarlıq "köpüy"ü - TƏHLİL

Mərkəzi bankların 14 trln. dollarlıq "köpüy"ü - <span style="color: red;">TƏHLİL
# 08 sentyabr 2017 11:29 (UTC +04:00)

Aktivlərin hazırkı dəyəri bir çox investorların və maliyyəçilərin əsəbləri korlayır. Bura Alan Qrinspen (ABŞ Federal Ehtiyat Sisteminə (FED) 18 il rəhbərlik edib) və FED-in hazırkı nümayəndələrindən tutmuş "cash" yığımı ilə məşğul olan fondların menecerlərinədək hər kəsi aid etmək olar.

Avrozonanın vahid valyutası olan avroda yüksəkgəlirlikli istiqrazları ilk dəfə olaraq ABŞ xəzinədarlığının qiymətli kağızları ilə eyni səviyyədə ticarət olunur. İş o həddə çatıb ki, Tacikistan 6%-lə avrobond buraxır. Aşağı volatilliyə üstünlük verən birja fondları bu il ikiqat artım nümayiş etdirib. Bitkoinin rallisi barədə isə danışmağa ehtiyac yoxdur.


"Bank of America Merrill Lynch" investisiya bankının analitikləri xəbərdarlıq edir ki, aktivlər bazarı əvvəlki dövrlərdən də sürətlə "köpüklənir". Onların fikrincə, buna mərkəzi bankların siyasəti səbəb olub. Bu siyasət nəticəsində mərkəzi banklar bazarlara 14 trln. dollarlıq stimul verib və investorlara gəlirliliyi daha riskli seqmentlərdə axtarmağa məcbur edib. FED rəsmiləri avqust ayında bəyan ediblər ki, aktivlər bazarında qiymət təzyiqindən irəli gələn risklər nəzərəçarpacaq dərəcədə yüksəlib.

"Bloomberg" agentliyinin keçirdiyi sorğuda iştirak edən ekspertlər hansı "köpük"dən daha çox çəkindiyini açıqlayıblar.

GİZLƏNMƏYƏ YER QALMAYIB

"Schroder Investment Management" şirkətinin rəsmisi Remi Olu-Pitan deyir ki, "köpük" daha çox fiks olunmuş gəlirlilikli alətlər bazarında formalaşır. Onun fikrincə, ən təhlükəli seqment yüksək reytinqə malik korporativ istiqrazlar bazarıdır: "Çünki məhz bu seqmentdə investisiya fondları suveren istiqrazlar bazarında tapa bilmədiyi gəlirliliyi axtarır".

QƏLİZ "ZİBİL"

"Zibil" reytinqə malik istiqrazlar artıq bütün riskləri kompensasiya etmir". "Seven Investment" fondunun rəsmisi Ben Kumar bu fikirdədir. Onun sözlərinə görə, bu, qeyd edilən bazardakı "köpüklənmənin" göstəricisidir. Kumar Avropa şirkətlərinin istiqrazlarına işarə edərək onların gəlirliliyinin tarixi minimumlara yaxın səviyyədə olduğunu qeyd edib.


"MADE IN CHINA"


"Legal & General Investment Management"dən olan Con Rou isə əsas təhlükənin Çindən gəldiyini qeyd edir. "Əgər Çindən kapital axını sürətlənərsə, bu, narahatçılıq üçün çox ciddi əsasdır", - deyə o qeyd edib.


... VƏ NƏHAYƏT "BITCION"

"Bitoin"in bu il dördqat bahalaşması maliyyə bazarlarını çaş-baş salıb. Rou hesab edir ki, "bitcoin" üçün təhlükə onu sevməyən mərkəzi bankların hücumlarıdır: "Bəzi tənzimləyicilər açıq şəkildə deyir ki, "bitcoin" şübhəli əməliyyatlarda istifadə olunur və bu, onu qəbul etməmək üçün əsasdır".

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR