Ermənistanda əsgərin intiharı ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Ermənistanda əsgərin intiharı ilə bağlı cinayət işi məhkəməyə göndərilib
# 13 sentyabr 2017 08:33 (UTC +04:00)

Ermənistanda əsgərin intiharı ilə bağlı cinayət işinin istintaqı başa çatıb.

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, əsgər Gevorq Asoyanın 2016-ci il aprelin 1-də Tavuş vilayətində döyüş postunda intihar etməsi ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib.

İttihamnamədə bildirilir ki, digər hərbçi Mqer Melikyan daim Asoyanın şəxsiyyətini alçaldan hərəkətlərə yol verib. Sonuncu dəfə döyüş postunda yatan, lakin bunu etiraf etməyən Asoyanı M. Melikyan daha kobud formada təhqir edib.

Bundan sonra G. Asoyan pulemyotla özünü güllələyib.

İstintaq onu da müəyyənləşdirib ki, hadisədən bir neçə gün əvvəl digər hərbçi də Asoyanı döyüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR