Kiyevdə Şərq Tərəfdaşlığı ölkələrinin media konfransı keçirilir

Kiyevdə Şərq Tərəfdaşlığı ölkələrinin media konfransı keçirilir
# 13 sentyabr 2017 09:02 (UTC +04:00)

Ukraynanın paytaxtı Kiyevdə Şərq Tərəfdaşlığı ölkələrinin media konfransı keçirilir.

APA-nın məlumatına görə, konfransda Şərq Tərəfdaşlığı ölkələrindən, o cümlədən Azərbaycandan olan media təmsilçiləri, ekspertlər iştirak edir. Tədbirin açılışında Avropa genişləndirmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Hanın video müraciəti dinlənilib. O, ictimai fikrin formalaşmasında medianın böyük rol oynadığını bildirib. Komissar qeyd edib ki, tədbir noyabrda Brüsseldə keçiriləcək Şərq tərəfdaşlığı sammiti öncəsi çox böyük əhəmiyyəti var. Onun sözlərinə görə, medianın iqtisadi dayanıqlığını təmin etmək bu konfransın əsas mövzularından birini təşkil etməlidir. Y. Hann tədbirin çox məhsuldar müzakirələrə yol açacağına ümid etdiyini bildirib.

Tədbirdə Avropa İttifaqına sədrlik edən Estoniyanın xarici işlər naziri Sven Mikser də iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR