Dələduzluqda təqsirləndirilən iş adamına hökm oxunub

Dələduzluqda təqsirləndirilən iş adamına hökm oxunub
# 13 sentyabr 2017 09:57 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən iş adamı Heybət Azayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, H. Azayev 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, taxta-şalban ticarəti ilə məşğul olan H. Azayev iş qurmaq adı ilə tanışlarından təxminən 50 min manat məbləğində pul alıb, lakin geri qaytarmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR