Azərbaycanda qış “transfer pəncərəsi”nin vaxtı açıqlanıb

Azərbaycanda qış “transfer pəncərəsi”nin vaxtı açıqlanıb
# 13 sentyabr 2017 14:58 (UTC +04:00)

Azərbaycan Premyer Liqasında qış “transfer pəncərəsi”nin vaxtı məlum olub. Apasport.az saytının məlumatına görə, ölkə futbolunda növbəti keçid dövrü 2018-ci ilin yanvarında açılacaq.

Yeni ilin 13-cü günündən futbolçuların keçidini rəsmiləşdirmək imkanı qazanacaq klubların 4 həftə vaxtı olacaq. Belə ki, “pəncərə” fevralın 9-da bağlanacaq.

Qeyd edək ki, sonuncu transfer dövrü 2017-ci il iyunun 10-dan sentyabrın 1-dək olan müddəti əhatə etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR