Cocuq Mərcanlının əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi üçün 1,5 milyon manat ayrılıb

Cocuq Mərcanlının əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi üçün 1,5 milyon manat ayrılıb
# 13 sentyabr 2017 15:26 (UTC +04:00)

Prezident İlham Əliyev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi tədbirləri haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, bu məqsədlə 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 1,5 milyon (bir milyon beş yüz min) manat ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR