Brent neftinin qiyməti apreldən etibarən ilk dəfə 55 dolları ötüb

Brent neftinin qiyməti apreldən etibarən ilk dəfə 55 dolları ötüb
# 13 sentyabr 2017 18:03 (UTC +04:00)

Dünya birjalarında neft bahalaşıb.

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,72% artaraq 49,06 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 1,36% artaraq 55,01 dollar olub.

Beləliklə, Brent neftinin qiyməti apreldən etibarən ilk dəfə 55 dolları ötüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR