Lavrov: “İran nüvə proqramı çərçivəsində öhdəliklərini yerinə yetirir”

Lavrov: “İran nüvə proqramı çərçivəsində öhdəliklərini yerinə yetirir”
# 13 sentyabr 2017 18:31 (UTC +04:00)

İran nüvə proqramı çərçivəsində öhdəliklərini yerinə yetirir

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib.

“Bu gün Məhəmməd Cavad Zərif ilə İranın nüvə proqramına dair müzakirə apardıq. İran Birgə Hərtərəfli Fəaliyyət Planı çərçivəsində öhdəliklərini tam şəkildə yerinə yetirir. Bunu həm biz, həm də Beynəlxalq Atom Enerjisi Agentliyinin baş katibi təsdiqləyib”, deyə S.Lavrov bildirib.

Qeyd edək ki, bu gün İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Moskvaya səfər edib.

İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı 2015-ci ilin iyul ayında İran və "altılıq ölkələri" - Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Qəbul edilmiş qətnamə İranın nüvə proqramı ilə bağlı sanksiyaların aradan qaldırılmasını nəzərdə tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR