Rusiya XİN rəhbəri: “Xəzəryanı ölkələrin xarici işlər nazirləri Şurasının toplantısı yaxın həftələrdə baş tutacaq”

Rusiya XİN rəhbəri: “Xəzəryanı ölkələrin xarici işlər nazirləri Şurasının toplantısı  yaxın həftələrdə baş tutacaq”
# 13 sentyabr 2017 18:50 (UTC +04:00)

Xəzəryanı ölkələrin xarici işlər nazirləri Şurasının toplantısı yaxın həftələrdə baş tutacaq.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib.

“Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya dair müzakirələr sonuncu mərhələdədir. Yaxın həftələrdə Xəzəryanı ölkələrin xarici işlər nazirləri Şurasının növbəti toplantısını keçirməyi nəzərdə tutmuşuq”, deyə S.Lavrov bildirib.

Qeyd edək ki, bu gün Rusiya XİN rəhbəri Moskvada İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR