İmişlidə piyadanı vurub qaçan sürücü saxlanılıb - YENİLƏNİB

İmişlidə piyadanı vurub qaçan sürücü saxlanılıb - <span style="color: red;">YENİLƏNİB
# 13 sentyabr 2017 21:14 (UTC +04:00)

İmişlidə piyadanı vurub qaçan sürücü saxlanılıb.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, rayonun Məzrəli kənd sakini Bağırov Nəcməddin Həsən oğlunu vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.

Hüquq-mühafizə orqanlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən “VAZ 21011” markalı avtomobilin sürücüsü – İmişli rayon sakini Nəsirov Elsevər Əli oğlu saxlanılıb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

***

22:44

İmişlidə avtomobil piyadanı vurub.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə Hacıqabul-Horadiz magistralının İmişli rayonunun Məzrəli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Naməlum avtomobil kənd sakini, 1987-ci il təvəllüdlü Bağırov Nəcməddin Həsən oğlunu vuraraq hadisə yerindən qaçıb.

Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hazırda yol-nəqliyyat qəzasını törədən sürücünün tapılması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR