"Azərsu" tender keçirir

"Azərsu" tender keçirir
# 14 sentyabr 2017 06:51 (UTC +04:00)

"Azərsu" ASC daxili vəsaiti hesabına su təchizatı və tullantı sularının axıdılması sistemində baş vermiş qəzaların aradan qaldırılmasından sonra asfalt-beton örtüyünün bərpası işlərinin satınalınması məqsədilə açıq tender elan edib.

"APA-Economics" Tender komissiyasının yaydığı elana istinadən xəbər verir ki, tender iştirakçılarına təklif edilir ki, "Dövlət satınalmaları haqqında" qanuna uyğun öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak haqqı 300 manat təşkil edir. İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçı yazılı şəkildə imzalanmış və möhürlənmiş tender təklifini (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır) 13 oktyabr 2017-ci il saat 18:00-dan gec olmamaq şərti ilə təqdim etməlidir. Göstərilən müddətdən gec təqdim olunan tender təklifləri baxılmadan geri qaytarılacaq. İddiaçı tender təklifinin ümumi qiymətinin 2 faizi həcmində bank təminatını (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır, köçürmə və ya bank zəmanəti şəklində) təqdim etməlidir.

Təklif zərfləri “Azərsu” ASC-nin Bakı şəhəri, Moskva prospekti, 67 nömrəli ünvanda yerləşən binasında 16 oktyabr 2017-ci il saat 16:00-da açılacaq. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR