Səfir Əkrəm Zeynallı etimadnamələrini Çin Xalq Respublikasının sədrinə təqdim edib

Səfir Əkrəm Zeynallı etimadnamələrini Çin Xalq Respublikasının sədrinə təqdim edib
# 14 sentyabr 2017 07:31 (UTC +04:00)

Azərbaycanın Çin Xalq Respublikasına yeni təyin olunmuş səfiri Əkrəm Zeynallı etimadnamələrini Çin Xalq Respublikasının sədri Si Cinpinə təqdim edib.

Səfirlikdən APA-ya bildirilib ki, Azərbaycanın Çinlə münasibətlərinə xüsusi əhəmiyyət verdiyini və ikitərəfli əlaqələri bütün istiqamətlər üzrə inkişaf etdirməkdə maraqlı olduğunu bildirən səfir Azərbaycan prezidenti İlham Əliyevin Si Cinpini ölkəmizə rəsmi səfərə dəvət etdiyini xatırladıb, səfərin yaxın gələcəkdə həyata keçiriləcəyinə ümidvar olduğumuzu diqqətə çatdırıb.

Si Cinpinin “Bir Kəmər, Bir Yol” təşəbbüsünü dəstəklədiyini bildirən səfir Azərbaycanın n bu təşəbbüsün uğurla həyata keçirilməsinə xüsusi töhfə verməyə hazır olduğunu vurğulayıb.

Ə Zeynallı iqtisadi sahədə əməkdaşlıq üçün geniş imkanların olduğunu deyib, Çin şirkətlərini Azərbaycanla daha sıx işləməyə dəvət etmişdir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunan səfir münaqişənin həlli ilə bağlı Çinin ədalətli mövqeyinə görə təşəkkürünü bildirib.

Azərbaycan prezidentinin 2015-ci ilin dekabr ayında Çinə dövlət səfərini xatırladan Si Cinpin, həmin səfər çərçivəsində Azərbaycanın dövlət başçısı ilə birlikdə ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün bir sıra vacib qərarlar qəbul etdiklərini bildirib, bu qərarların həyata keçirilməsi üçün prezident İlham Əliyevlə daha sıx işləməyə əzimli olduğunu vurğulayıb.

Azərbaycan prezidentinin rəsmi səfərlə bağlı dəvətinə görə təşəkkür bildirən Si Cinpin, ölkəmizə rəsmi səfər etməkdən məmnun olacağını deyib, hər iki tərəf üçün məqbul tarixlərin diplomatik kanallar vasitəsilə razılaşdırılmasını təklif edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR