BNA avtobus sürücüsünün polis tərəfindən saxlanmasına aydınlıq gətirib - YENİLƏNİB

BNA avtobus sürücüsünün polis tərəfindən saxlanmasına aydınlıq gətirib - <span style="color: red;">YENİLƏNİB
# 14 sentyabr 2017 14:56 (UTC +04:00)

Bakı Nəqliyyat Agentliyi marşrut avtobusunun sürücüsünün polis tərəfindən saxlanması ilə bağlı məsələyə aydınlıq gətirib.

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən məlumata görə, sentyabrın 12-də saat 21:15-də Zabrat-Maştağa yolunda Hüseyn Aslanovun idarə etdiyi 90 ZU 964 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil 10 TH 203 dövlət nömrə nişanlı 131 nömrəli marşrut xətti ilə hərəkət edən avtobusu vurub.

Qəzadan sonra avtomobilin sürücüsü avtobus sürücüsündən polisə şikayət edib.

Polis əməkdaşları da həmin şikayət əsasında bu gün avtobusun sürücüsünü saxlayaraq ifadəsini alıb.

Məsələ aydınlaşandan sonra avtobus sürücüsü sərbəst buraxılıb.

***

10.10

Bakıda sentyabrın 12-də avtomobillə toqquşan avtobusun sürücüsü saxlanılıb.

APA-nın xəbərinə görə, hadisə Zabrat-Maştağa yolunda baş verib. 131 nömrəli Maştağa-Koroğlu xətti üzrə hərəkət edən avtobus "Mercedes" markalı maşınla toqquşub.

Sürücü bu gün sükan arxasında saxlanılaraq polis bölməsinə aparılıb.

Hadisənin təfərrüatları araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR