Biləsuvarda azyaşlı ağır yanıq xəsarəti alıb

Biləsuvarda azyaşlı ağır yanıq xəsarəti alıb
# 14 sentyabr 2017 11:03 (UTC +04:00)

Biləsuvarda körpə ağır yanıq xəsarəti alıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Bəydili kəndində qeydə alınıb. Kənd sakini Lilay Suliddin qızı Zeynalovanın qaynar su ilə dolu qazana düşərək yanıq xəsarətləri aldığı bildirilir. Uşaq dərhal Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda onun vəziyyətinin ağır olduğu deyilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR