Mərkəzi Bank 100 mln. manat cəlb edir

Mərkəzi Bank 100 mln. manat cəlb edir
# 21 sentyabr 2017 12:45 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək.

AMB-dən "APA-Economics"ə verilən xəbərə görə, sentyabrın 25-də keçiriləcək hibrid depozit hərracında 100 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gün təşkil edir.

"Bloomberg" ticarət platformasında keçiriləcək hərrac üzrə faiz dərəcələri 10,01 - 14,99% təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR