Bakıda “Mübarizlər” yarışı keçiriləcək

Bakıda “Mübarizlər” yarışı keçiriləcək
# 21 sentyabr 2017 15:56 (UTC +04:00)

Sentyabrın 23-ü Bakıda ilk dəfə maneəli ekstremal “Mübarizlər” yarışı keçiriləcək.

APA-nın xəbərinə görə, yarış “Gilan Holding”, Fövqəladə Hallar Nazirliyi, Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin təşkilati dəstəyi ilə baş tutacaq.

“Mübarizlər” layihəsi çətin keçilən ərazidə maneəli qaçışla ekstrimsevərlərə fəal istirahətin yeni formatını təklif edir.

Yarışda maneələrin sırasında əllə keçid qurğuları, kəndirlə fəth edilən asma divarlar, suya 5 metr hündürlükdən tullanma, eniş, ağır yük daşıma var.

Maneələrin çoxu taxta və metallardan hazırlanmış mürəkkəb konstruksiyalardır.

Komanda iştirakı üçün 5 km uzunluğu olan trası qət etmək lazımdır.

Çempionat iştirakçılarını 10 km-lik və 42 maneədən ibarət marşrut gözləyir.

İştirakçılar 30 000 manat təşkil edən mükafat fondu uğrunda mübarizə aparacaqlar. İlk 10 yerin sahibi pul mükafatına layiq görüləcək.

Hər iki format üçün parklanma yerləri, idman və əyləncə fəaliyyəti təqdim edən fan-zona, duş kabinaları və geyinib-soyunma otaqları nəzərdə tutulub.

İstənilən şəxs yarışmada iştirak edə bilər. Bunun üçün mubarizler.az saytında qeydiyyatdan keçmək lazımdır.

İdman

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR