Heydər Əliyev Sarayında “Məşhurlar və övladları” proqramı təqdim olunub

Heydər Əliyev Sarayında “Məşhurlar və övladları” proqramı təqdim olunub
# 25 sentyabr 2017 07:43 (UTC +04:00)

Heydər Əliyev Sarayında “Məşhurlar və övladları” adlı konsert proqramı təqdim olunub.

Sarayın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ilk dəfə keçirilən layihədə xalq artisti Gülyaz Məmmədova, əməkdar incəsənət xadimi Aqil Məlikov, əməkdar artistlər Nuriyyə Hüseynova, Lalə Məmmədova, Çingiz Əhmədov, Yadigar Muradov, Rəna Talıbova, tanınmış müğənnilər Aşıq Zülfiyyə, Rüfət Axundov, Emil Bədəlov, Eldəniz Məmmədov və övladları iştirak ediblər.

Konsertdə müğənniləri Nəsib Məhərrəmovun rəhbərliyi ilə “Şuşanın səsi” instrumental ansamblı müşayiət edib.

Layihənin xüsusi qonaqları qismində xalq artisti Faiq Ağayev və müğənni Nadir Qafarzadə çıxış ediblər.

Tədbirə informasiya dəstəyini APA verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR