Göyçayda avtomobil su arxına düşüb, sürücü xəsarət alıb

Göyçayda avtomobil su arxına düşüb, sürücü xəsarət alıb
# 12 oktyabr 2017 08:56 (UTC +04:00)

Göyçay rayonunda sürücünün ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün saat 09:00 radələrində Göyçay-Hacalıkənd avtomobil yolunun 5-ci kilometrliyində, Qarabaqqal kəndi ərazisində Hacalıkənd kənd sakini 1988-ci il təvəllüdlü Quliyev Nemət Naib oğlunun idarə etdiyi “Ford” markalı yük avtomobili idarəetmədən çıxaraq, su arxına düşüb. Nəticədə Nemət Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR