Qəbələ sakini kəsdiyi ağacın altında qalaraq ağır xəsarət alıb

Qəbələ sakini kəsdiyi ağacın altında qalaraq ağır xəsarət alıb
# 12 oktyabr 2017 09:14 (UTC +04:00)

Qəbələ rayon sakini ağır bədən xəsarətləri alıb. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Mıxlıqovaq kəndində qeydə alınıb. Kənd sakini, 1985-ci il təvəllüdlü Eyvazov Səbuhi Rüstəm oğlu odun üçün irigövdəli ağacı kəsən zaman ehtiyatsızlıq edib, ağac onun başına düşüb. Ağır bədən xəsarətləri alan Səbuhi Eyvazov əvvəlcə Qəbələ rayon Mərkəzi Xəstəxanasına aparılıb. Sonra onun vəziyyəti ağırlaşdığı üçün təcili olaraq müalicə üçün Bakıdakı xəstəxanalardan birinə aparılıb, cərrahiyyə əməliyyatı olunub. Hazırda vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Qəbələ rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR