Appaturay: "NATO Gürcüstanı dəstəkləməkdə davam edəcək"

Appaturay: "NATO Gürcüstanı dəstəkləməkdə davam edəcək"
# 12 oktyabr 2017 16:15 (UTC +04:00)

“Gürcüstanın Müdafiə Nazirliyinin həyata keçirdiyi fundamental islahatlar çox uğurludur”.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu NATO-nun baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Gürcüstanın müdafiə naziri Levan İzoriya ilə görüşdə deyib. O bildirib ki, NATO Gürcüstanda islahatlar prosesini dəstəkləmək üçün səylərini əsirgəməyəcək: “NATO və Gürcüstan arasında əməkdaşlığın müxtəlif istiqamətləri var. Biz NATO-ya üzv ölkələrin nazirlərinin görüşünü və gələn il NATO sammitini gözləyirik. Bunların hamısı Gürcüstanın NATO-ya inteqrasiyasında irəliləyişə nail olmağa kömək edəcək”.

L. İzoriya öz növbəsində NATO-nun xüsusi nümayəndəsini Gürcüstana avroatlantik inteqrasiya istiqamətində göstərdiyi böyük dəstəyə görə təşəkkür edərək qeyd edib ki, Gürcüstan alyansın strateji tərəfdaşı olaraq təhlükəsizliyin təmin olunması üzrə səyləri davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR