Bakıda II Türk Dünyası Sənədli Filmlər Festivalı keçiriləcək

Bakıda II Türk Dünyası Sənədli Filmlər Festivalı keçiriləcək
# 12 oktyabr 2017 17:24 (UTC +04:00)

Sabah Bakıda Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyi, Yunus Emre İnstitutu və Bakı Dövlət Universitetinin dəstəyi ilə II Türk Dünyası Sənədli Filmlər Festivalı keçiriləcək.

Səfirliyin Mədəniyyət və Tanıtma Müşavirliyindən APA-ya verilən məlumata görə, sabah festivalın açılış tədbirlərində “Sıraç” (Türkiyə) və “Yol” (Azərbaycan) filmləri nümayiş olunacaq.

Tamaşaçılar oktyabrın 15-dək digər filmlərə də baxmaq imkanı əldə edəcəklər.

Türkiyə səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyi müxtəlif universitet, mədəniyyət mərkəzləri, o cümlədən, Yunus Emre İnstitutunda filmlərin nümayişini keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR