Goranboyda iki avtomobil toqquşub, xəsarət alan var

Goranboyda iki avtomobil toqquşub, xəsarət alan var
# 12 oktyabr 2017 19:40 (UTC +04:00)

Goranboyda xəsarətlə nəticələnən yol qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Nizami kəndində qeydə alınıb. Hərəkətdə olan iki “VAZ 2107” markalı avtomobilin toqquşması nəticəsində sürücülərdən biri xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR