Yağış səbəbindən paytaxtın əsas magistral yolları Heydər Əliyev prospekti-Hava limanı və Zığ dairəsi-Hava limanı yollarında endirilən sürət hədləri artıq bərpa edilib.
Bu barədə “APA-Economics”ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
***
saat 09:40
Faktiki hava şəraitində nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə paytaxtın əsas magistral yolları Heydər Əliyev prospekti-Hava limanı və Zığ dairəsi-Hava limanı yollarında hər iki istiqamətdə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bu barədə “APA-Economics”ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
“Sürücülərə tövsiyə edilir ki, hərəkətdə olan zaman hava şəraitini nəzərə almaqla sürət həddinə əməl etsinlər”, - deyə məlumatda vurğulanıb.