Gürcüstanın keçmiş nazir müavininə SOCAR-da yüksək vəzifə verilib

Gürcüstanın keçmiş nazir müavininə SOCAR-da yüksək vəzifə verilib
# 13 oktyabr 2017 12:20 (UTC +04:00)

Gürcüstanın energetika nazirinin keçmiş müavini Mariam Valişviliyə SOCAR-da yüksək vəzifə verilib.

APA-nın yerli bürosunun məlumatına əsasən, M.Valişvili SOCAR-ın Gürcüstandakı törəmə şirkəti olan “SOCAR Energy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədovun müşaviri təyin olunub. M.Valişvili artıq vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, M.Valişvili 2008-ci ildən 2017-ci ilədək energetika nazirinin müavini vəzifəsində çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR