Vətəndaşları hüquq-mühafizə orqanlarına işə düzəltmək adı ilə aldadan şəxsə hökm oxunub

Vətəndaşları hüquq-mühafizə orqanlarına işə düzəltmək adı ilə aldadan şəxsə hökm oxunub
# 13 oktyabr 2017 12:42 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Kamran Soltanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrlik etdiyi iclasda hökm oxunub. Hökmə əsasən, o, 7 il 11 ay 10 gün müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, K. Soltanov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham edilib. O, bir neçə şəxsi hüquq-mühafizə orqanlarına işə düzəltmək adı ilə aldadıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR