Matviyenko: "İranın nüvə sazişindən çıxması fəlakətə səbəb olacaq"

Matviyenko: "İranın nüvə sazişindən çıxması fəlakətə səbəb olacaq"
# 25 oktyabr 2017 14:36 (UTC +04:00)

"İranın nüvə sazişindən çıxması fəlakətə səbəb olacaq".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko deyib. O bildirib ki, İranın ABŞ tərəfindən təzyiqlərin güclənməsinə cavab olaraq nüvə sazişindən çıxması fəlakətə səbəb ola bilər: "Bu, eyni zamanda Şimali Koreya ilə danışıqlara da mənfi təsir göstərə bilər".

V. Matviyeno Vaşinqtondan səslənən bəyanatların Rusiyanı çox narahat etdiyini söyləyib: "Biz nüvə silahının yayılmamasına, İranın könüllü surətdə nüvə proqramından imtina etməsinə nail olduq. Sözsüz ki, sazişi heç kəs ləğv edə bilməz. Lakin əgər ABŞ birtərəfli qaydada İrana qarşı sanksiya tətbiq etmək istəsə, Tehran sazişdən çıxa bilər".

Rusiya rəsmisi bu cür fəaliyyətin nətciəsinin fəlakətli ola biləcəyini bildirib: "Hazırda Şimali Koreyanın danışıqlar masasına oturdulması üçün ciddi cəhdlər göstərilir. Şimali Koreya rəhbərliyi bu vəziyyətdə İranla bağlanan sazişin nəticəsinə istinad edə bilər".


Qeyd edək ki, bu gün Rusiya Federasiya Şurasında İranın nüvə proqramı ilə bağlı danışıqlarda iştirakçı ölkələrin parlamentlərinə müraciət qəbul olunub. Müraciətdə ölkə rəhbərliklərinə sazişin pozulmamasına öz hökumətlərinə təsir göstərmələri təklif olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR