Qanunsuz yolla əldə edilmiş meşə materialları aşkarlanıb

Qanunsuz yolla əldə edilmiş meşə materialları aşkarlanıb
# 07 noyabr 2017 06:47 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması, ağac emalı sexlərində istifadə olunması, eləcə də ağac kömürünün hazırlanması və satışı hallarının qarşısının alınması məqsədilə noyabrın 2-dək 5-dək reydlər keçirib.

Nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, Oğuz rayonu ərazisində keçirilən reydlər zamanı “ZİL”, “Kamaz”, “UAZ”, “Ural”, “Qaz-53”, “Qaz-66” markalı avtomobillər saxlanılıb və avtomobillərdə qanunsuz yolla əldə edilmiş, ümumilikdə 47,58 m3 həcmində palıd, fıstıq, vələs, qovaq cinsli meşə materiallarının aparıldığı aşkarlanıb. Rayonun Padar, Sincan, Xalxalqışlaq, Ərmənət, Tayıflı, Qalınçaq, Çəmənli və Mollalı kəndlərinin 25 həyətyanı sahəsində ağac kömürü hazırlanması məqsədilə quyuların qazıldığı və 114,9 m3 həcmində qanunsuz meşə materialından istifadə edildiyi müəyyənləşib.

İsmayıllı rayonunda “ZİL”, “Kamaz”, “Qazel”, “Qaz-53” və “Qaz-24” markalı avtomobillər saxlanılıb və avtomobillərdə qanunsuz yolla əldə edilmiş, ümumilikdə 42,34 m3 həcmində fıstıq, vələs cinsli meşə materialı və meşə materiallarından hazırlanmış yeşiklərin aparıldığı aşkarlanıb.

Göyçay rayon bazarında qanunsuz meşə materialının satıldığı, Göyçay şəhəri Nizami küçəsi 90 ünvanında Samir Mustafayevə, Natəvan küçəsi 118 ünvanında Yaqub Məmmədova, Heydər Əliyev küçəsi 25 ünvanında isə İsmayıl Yaqubova məxsus yeşik sexlərində qanunsuz yolla əldə olunmuş ümumilikdə 12,36 m3 həcmində meşə materialları müəyyənləşib.

Qəbələnin Məmmədağalı kəndinin 5 həyətyanı sahəsində ağac kömürü hazırlanması məqsədilə quyuların qazıldığı və 7,96 m3 həcmində qanunsuz meşə materialının istifadə edildiyi aşkarlanıb.

Faktlarla bağlı təqsirkarlar barəsində akt və protokollar tərtib edilib, qanunsuz yolla əldə edilmiş meşə materialları maddi sübut kimi saxlanılıb. Təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR