Zakir Həsənov NATO toplantısında iştirak edəcək

Zakir Həsənov NATO toplantısında iştirak edəcək
# 07 noyabr 2017 13:23 (UTC +04:00)

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov NATO-nun Əfqanıstandakı “Qətiyyətli Dəstək” missiyasına töhfə verən dövlətlərin Müdafiə nazirləri səviyyəsində noyabrın 9-da keçiriləcək görüşündə iştirak etmək üçün Brüssel şəhərinə (Belçika Krallığı) yola düşəcək.

MN-dən APA-ya verilən məlumata görə, toplantıda müdafiə nazirinin Azərbaycanın Əfqanıstandakı beynəlxalq sülhməramlı əməliyyatların dəstəklənməsi missiyasına verdiyi töhfə, habelə Əfqanıstanla müdafiə və təhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlıq mövzusunda çıxışı nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR