Məktəblilərin “Ölkəmizi tanıyaq” tur-aksiyaları davam edir

Məktəblilərin “Ölkəmizi tanıyaq” tur-aksiyaları davam edir
# 08 noyabr 2017 11:47 (UTC +04:00)

Orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında ölkənin müxtəlif bölgələrinə səfərləri davam edir.

APA-nın xəbərinə görə, Prezident Administrasiyasının təşkilatçılığı ilə növbəti tur-aksiya noyabrın 11-14 və 16-19-da olacaq. 8-ci tur-aksiyada i 4 istiqamət üzrə 76 şəhər və rayondan, o cümlədən məcburi köçkün rayonlarından, ümumilikdə, 3213 nəfər iştirak edəcək. BU istiqamətlər Gəncə-Göygöl-Şəmkir, Lənkəran-Astara-Masallı, Qəbələ-Şəki-Zaqatala və Quba-Qusar-Xaçmazdır.

Bununla da, “Ölkəmizi tanıyaq” tur-aksiyalarında iştirak edən məktəblilərin sayı 17 minə yaxın olacaq. Tur-aksiyanın proqramı təkcə bölgələrin sosial-iqtisadi, tarixi-mədəni həyatı ilə tanışlıqla bitmir. Şagirdlərə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, o cümlədən 1994-cü il mayın 12-dən qüvvədə olan atəşkəsə məhəl qoymayan Ermənistan silahlı qüvvələrinin mövqelərimizə daim atəş açması, dinc əhalini, yaşayış yerlərini gülləboran etməsi barədə ətraflı məlumat veriləcək.

Ekskursiya zamanı məktəblilər Azərbaycanın təşəbbüsü ilə reallaşan bir sıra qlobal layihələr barədə də məlumatlandırılacaqlar.

Qeyd edək ki, ötən il iki dəfə olmaqla 7 istiqamət üzrə (Bakı şəhəri, Naxçıvan MR, Gəncə-Şəmkir-Göygöl, Şamaxı-İsmayıllı-Qəbələ-Şəki-Zaqatala, Quba-Qusar-Xaçmaz, Lənkəran-Masallı-Lerik-Astara, Naftalan-Ağcabədi-Ağdam-Bərdə-Füzuli-Tərtər) 7 tur-aksiya təşkil edilib. Ölkəmizin bütün bölgələrinin əhatə olunduğu bu tur-aksiyalarda, ümumilikdə, 13 min 648 məktəbli iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR