Bakıda Bayraq Festivalı keçirilib

Bakıda Bayraq Festivalı keçirilib
# 08 noyabr 2017 12:54 (UTC +04:00)

Bakı İdman Sarayında 9 noyabr - Dövlət Bayrağı gününə həsr olunmuş IV Bayraq Festivalı keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə rəsmi şəxslər, millət vəkilləri, Fövqəladə Hallar, Daxili İşlər, Müdafiə nazirliklərinin, xüsusi xidmətlərin hərbçiləri, gənclər iştirak ediblər.

Festivalda Azərbaycan dövlət bayrağının yaranma tarixi haqda iştirakçılara məlumat verilib, video-çarx nümayiş olunub. Tarixdə mövcud olmuş Azərbaycan dövlətlərinin bayraqları da nümyiş etdirilib.


Festival Dövlət Sərhəd Xidmətinin nümunəvi hərbi orkestrinin, incəsənət ustalarının konsert proqramı ilə davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR