"Petkim" yeni inzibati binasının tikintisi üçün 11 mln. dollar avans ödəyib

"Petkim" yeni inzibati binasının tikintisi üçün 11 mln. dollar avans ödəyib
# 10 noyabr 2017 07:55 (UTC +04:00)

"Petkim Petrokimya Holding A.Ş."-nin İdarə Heyətinin qərarına əsasən, holdinqin yeni inzibati binasının tikintisi üçün "SCR Gayrimenkul A.Ş."-yə avans şəklində (reqress haqqı olmadan) 11 mln. dollar ödənilib.

"APA-Economics" xəbər verir ki, İdarə Heyəti müvafiq qərarı 2017-ci ilin sentyabrın 18-də qəbul edib.

Qərara əsasən, həmçinin binanın yerləşdiyi ərazi "SCR Gayrimenkul A.Ş."-yə 22,431 mln. türk lirəsinə satılıb.

Sentyabrın 30-da ərazinin satışı, oktyabr ayında isə avansın transferi tamamlanıb.

2008-ci ildə SOCAR Türkiyə hökuməti tərəfindən özəlləşdirilən və qardaş ölkənin yeganə neft-kimya istehsalçısı olan "Petkim"də nəzarət-səhm paketinə malik olmaq üçün "SOCAR Türkiyə Enerji A.Ş." vasitəsilə strateji investisiya yatırıb. Bu alış ilə SOCAR daha sonra müxtəlif müəssisələrə kapital qoyuluşu həyata keçirib və emal fəaliyyətinin əhatə dairəsini və miqyasını artırıb. 2010-cu ildə "SOCAR Türkiyə Enerji A.Ş." "Petkim" obyektlərinə yaxın ərazidə yeni emal zavodunun tikintisi üçün Türkiyə hökumətindən icazə alıb və tikintisi üçün hazırlıq işləri 2011-ci ilin oktyabrında başlayıb. 2018-ci ildə zavodun fəaliyyətə başlaması gözlənilir. Hesablamalara uyğun olaraq, bu zavod "Petkim"in gəlirliliyini və bazar payını artıraraq onun üçün xammal xərclərini azaldacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR