Evdən 50 min manatlıq qızıl oğurlayan şəxsə hökm oxunub

Evdən 50 min manatlıq qızıl oğurlayan şəxsə hökm oxunub
# 10 noyabr 2017 09:08 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Vüsal Əhmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

APA-nın məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, V. Əhmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, V. Əhmədov Xələf Nəsirov adlı şəxsin evindən 50 min manatlıq qızıl əşyalar oğurlayaraq Dağıstanda satmaqda ittiham edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR