FHN: Biznes mərkəzində 300 kv.m sahə yanıb- YENİLƏNİB-3

FHN: Biznes mərkəzində 300 kv.m sahə yanıb- <span style="color: red;">YENİLƏNİB-3
# 10 noyabr 2017 10:52 (UTC +04:00)

“AFEN Plaza”da baş vermiş yanğın 300 kvadratmetr ərazini əhatə edib”.

APA-nın xəbərinə görə, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) rəis müavini, polkovnik Rza Xudiyev deyib.

Onun sözlərinə görə, yanğınla bağlı DYMX-ya saat 12:07 radələrində məlumat daxil olduqdan sonra dərhal hadisə yerinə Nərimanov Rayon Dövlət Yanğından Mühafizə hissəsi göndərilib: “Yanğının mürəkkəbliyi nəzərə alınaraq, hadisə yerinə əlavə texnika və canlı qüvvə cəlb edilib”.


R. Quliyev qeyd edib ki, yanğın zamanı binanın 6-cı mərtəbəsində 40-a yaxın işçi olub və onlar dərhal təxliyə edilib: “Hələlik yanğının səbəbləri barədə bir söz deyə bilməyəcəyəm. Yanğın nəticəsində ofisin asma tavanındakı izolyasiya materialları, ofis mebelləri, yüngül konstruksiyalı arakəsmələr yanıb. Şəxsi heyət tərəfindən 50 dəqiqə ərzində yanğın söndürülüb”.

***

13.43

Bakı şəhərinin Nərimanov rayonunda yerləşən “AFEN PLAZA" biznes mərkəzində baş vermiş yanğın məhdudlaşdırılıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, hazırda yanğınsöndürmə işləri davam etdirilir. Xilasetmə qüvvələri tərəfindən 40 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Əlavə məlumat veriləcək.

***

13.10

Bakının Nərimanov rayonunda “AFEN PLAZA" biznes mərkəzinin dam örtüyündə baş vermiş yanğın söndürülüb.

APA-nın xəbərinə görə, yanğının başvermə səbəbləri araşdırılır.

***

12.44

Fövqəladə Hallar Nazirliyi Bakıda biznes mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda “AFEN PLAZA" biznes mərkəzinin dam örtüyündə yanğın müşahidə olunur. Hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerindədir. Yanğının söndürülməsi istiqamətində işlər və digər xilasetmə tədbirləri həyata keçirilir. Əlavə məlumat veriləcək.

***

12.30

Bakının Nərimanov rayonunda yerləşən biznes mərkəzində yanğın başlayıb.

APA-nın xəbərinə görə, yanğın Yusif Vəzir Çəmənzəminli 119 C ünvanında “AFEN Plaza” biznes mərkəzində qeydə alınıb.

Hadisə yerinə yanğınsöndürən briqadaları cəlb olunub.

Yanğında xəsarət alan olmayıb, işçilər təxliyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR