Almaniya XİN: Trampın siyasəti dünyada ciddi qeyri-sabitliyə səbəb olub

Almaniya XİN: Trampın siyasəti dünyada ciddi qeyri-sabitliyə səbəb olub
# 10 noyabr 2017 10:33 (UTC +04:00)

"ABŞ prezidenti Donald Trampın siyasəti dünyada nəhəng qeyri-stabilliyə səbəb olub".

APA-nın məlumatına görə, bu bəyanatla Almaniya xarici işlər naziri Ziqmar Qabriel yerli ZDF telekanalında çıxış edib. O, ABŞ prezidentini İkinci Dünya müharibəsindən sonra formalaşmış Amerika siyasi ənənələrinə cavab verə biləcək xarici siyasət gündəliyinə malik olmamaqda təqsirləndirib: “Donald Tramp hər bir ölkə ilə ayrılıqda ikitərəfli əməkdaşlıq qurur, müvəqqəti razılaşmalar imzalayır, lakin bu əsnada formalaşmış ümumdünya düzənini unudur. Biz hazırda elə bir vəziyyət yaşayırıq ki, “Böyük İyirmilik” və ya “Böyük Yeddilik” deyil, daha çox “Böyük ikilik”dən danışmaq lazım olur”.

Nazirin fikrincə, bu da dünyada nəhəng qeyri-stabilliyə gətirib çıxarır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR