Gəncədə Əziz Əliyev adına park açılıb

Gəncədə Əziz Əliyev adına park açılıb
# 10 noyabr 2017 12:01 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Gəncədə görkəmli dövlət xadimi Əziz Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkının açılışında iştirak edib.

APA-nın məlumatına görə, dövlət başçısı parkın rəmzi açılışını bildirən lenti kəsib.

Parkda görkəmli dövlət xadimi Əziz Əliyevin abidəsi ucaldılıb. Abidənin postamentlə birlikdə hündürlüyü 4 metrdir.

Prezident İlham Əliyev abidənin önünə gül dəstəsi qoyub.

Dövlət başçısına parkda yaradılan şəraitlə bağlı məlumat verilib. Bildirilib ki, bu istirahət məkanının inşasına 2016-cı ilin martında başlanılıb, tikinti işləri 2017-ci ilin oktyabrında başa çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR