"Azərbaycanı hər zaman neft və qaz ölkəsi kimi tanımışıq, indi onu fərqli ampluada - şopinq festival keçirərkən görmək ölkənin bütün sahələrdə güclü olmasının göstəricisidir".
Bu sözləri Bakushopfest.com saytına açıqlamasında Hudson İnstitutunun Avrasiya siyasəti mərkəzinin müdiri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayzanın həyat yoldaşı Zeyno Baran deyib.
O bildirib ki, bu kimi tədbirlərin keçirilməsi Azərbaycan iqtisadiyyatı və turizmini daha da irəli aparacağından əmindir. Z. Baran Azərbaycana gələn turistlərin bu festivalla bağlı sayının, insanların alış - veriş həvəsinin daha da artacağını vurğulayıb.
O, Azərbaycan dövlətinin turizmin inkişafına yönələn bu addımını təqdir etdiyini söyləyib.